Qırmızı.az
Mərkəzi Elmi Kitabxanada "Vikipediya" təlimləri keçirilir
Mərkəzi Elmi Kitabxanada təşkil edilən “Vikipediya” təlimləri müsbət nəticələrini verir Ölkədə “Vikipediya”nın inkişafında təşkil edilən təlimlərin xüsusi rolu var.
Publika.az xəbər verir ki, Keçirilən təlimlər yeni könüllülərin sırasının çoxalmasına səbəb olur və “Vikipediya” platformasında aktivliyi artırır.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, son illər ölkədə “Vikipediya” təlimləri intensiv keçirilir. Gənclər təlimlərə böyük maraq göstərirlər.
Könüllülər təlimlər nəticəsində “Vikipediya”da işləməyin qaydalarını mənimsəyirlər. Bu yaxınlarda AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya” təlimlərinə yenidən başlanılması ölkədə bu prosesin sürətlənməsinə böyük təkan verib.
Belə ki, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının, MEK-in, “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüsü ilə keçirilən təlimlər öz müsbət nəticəsini göstərir. Təlimlərdə iştirak edən Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya və Filologiya fakültələrinin tələbələri 50-dən yuxarı məqalə yaradıb və əsaslı redaktə ediblər.
Ayrıca olaraq MEK-də “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən “Viki-mən” layihəsinə start verilib. Tərəfdaşlar sırasında “Qorqud” Vikipediya Metodik Klubu da var. Təşkilatın könüllüləri tərəfindən 50-dən çox məqalə yaradılıb və 70-dən artıq məqalə əsaslı redaktə edilib.
Könüllülər bu işə töhfələr verirlər. Qeyd edək ki, təlimlər MEK-in təlimçiləri Nuray Tanrıverdiyeva, Səbinə Abizadə tərəfindən keçirilir. Təlimlərdə fəallıq göstərən könüllülər MEK-in baş direktoru professor Məmməd Əliyev və “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasının təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən sertifikat və fəxri diplomla təltif olunacaqlar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp

























.jpg)
.jpg)





