Qırmızı.az
Bu ərazilərə dolu yağıb - FAKTİKİ HAVA
Aprelin 30-u saat 10:30-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb, səhər saatlarında Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə,yağıntının miqdarı Göygöldə 25.0 mm, Sarıbaşda (Qax) 13.0 mm, Zaqatalada 12.0 mm, Balakən, Oğuzda 8.0 mm, Daşkəsəndə 7.0 mm, Gədəbəydə 5.0 mm, Kişçay (Şəki), Şahbuzda 4.0 mm, Qrız, Lerik, Culfada 3.0 mm, Qəbələ, Şəki, Gəncə, Mingəçevir, Qusarda 2.0 mm, Naxçıvan, Şərur, Ordubad, Ağdərə, Naftalan, Şəmkir, Tovuz, Xaltan, Tərtər, Bərdə, Yevlax, İmişli, Yardımlı, Lənkəranda 1.0 mm-dək olub.
Saat 13:25 radələrində Gədəbəy rayonu ərazisinə, saat 13:35 radələrində isə Maarif və Daşbulaq kəndlərinə (Gədəbəy) yağışla birlikdə xırda dənəli dolu düşüb.
Aprelin 29-u gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu aprelin 29-da Bakıda iqlim normasından 7.0° yüksək olub, Bakıda və Abşeron yarımadasında 24-29° isti, Naxçıvan MR-da 21-28° isti, dağlıq rayonlarda 12-18° isti, aran rayonlarında 27-32° isti olub.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov











.webp)


.jpg)


















