Qırmızı.az
Bu rayonlara QAR YAĞDI - FAKTİKİ HAVA
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Publika.az">Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin mayın 8-i saat 11:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Dağlıq rayonlarda qar yağıb, qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Xınalıqda 3 sm, Qrızda 2 sm olub.
Dolu: Mayın 7-də saat 18:30-18:35 radələrində Naxçıvanda diamteri 6.0 mm olan, Şahdağda saat 11:10-11:25, 12:50-13:00, 14:00-15:25 radələrində xırda dənəli dolu düşmüşdür.
Düşən yağıntının miqdarı: Balakəndə 71.0 mm (aylıq normanın 57%-i), Sarıbaşda (Qax) 44.0 mm, Kişçayda (Şəki) 42.0 mm (aylıq normanın 41%-i), Oğuzda 42.0 mm (aylıq normanın 40%-i), Qəbələdə 29.0 mm, Zaqatala, Şəkidə 25.0 mm, Daşkəsən, Göygöldə 23.0 mm, Qrızda 22.0 mm, Ləzə məntəqəsində 20.0 mm, Göyçayda 19.0 mm, Qusarda 18.0 mm (aylıq normanın 33%-i), Naxçıvanda 18.0 mm (aylıq normanın 46%-i), Kürdəmirdə 17.0 mm (aylıq normanın 45%-i), Bərdədə 15.0 mm, Xınalıq, Mingəçevirdə 15.0 mm (aylıq normanın 33%-i), Şahdağda 14.0 mm, Zərdabda 13.0 mm (aylıq normanın 33%-i), Naftalanda 13.0 mm, Qax, Ağdamda 12.0 mm, Yevlaxda 11.0 mm, Qubada 10.0 mm, Lerik, Lənkəranda 7.0 mm, Sabirabadda 6.0 mm, Astara, Neftçalada 5.0 mm, Şabran, Xaltanda 4.0 mm, İmişli, Yardımlı, Beyləqan, Qobustan, Cəfərxan, Altıağacda 3.0 mm, Biləsuvarda 2.0 mm, Salyan, Şəmkir, Göytəpədə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 12.0 mm (aylıq normanın 61%-i), Sumqayıtda 7.0 mm (aylıq normanın 38%-i), Binədə 6.0 mm, Maştağada 5.0 mm, Pirallahıda 3.0 mm, Ələtdə 2.0 mm olub.
Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı müşahidə olunmuşdur. Mayın 8-də Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 23 sm, Qanıx çayının Cəlayir məntəqəsində 23 sm, Qabırrı çayıının Kəsəmən məntəqəsində 49 sm, Araz çayının Qıvraq məntəqəsində 19 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar məntəqəsində 11 sm, Gəncəçayın Zurnabad məntəqəsində 2 sm, Kürəkçayın Toğana məntəqəsində 1 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 3 sm, Böyük Qafqazın ərazisindən axan Qusarçayın Kuzun məntəqəsində 6 sm, Vəlvələçayın Təngəaltı məntəqəsində 3 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 11 sm, Viləşçayın Şıxlar məntəqəsində 3 sm, Kür çayının aşağı axımında Yevlax məntəqəsində 2 sm, Zərdabda 9 sm, Surrada 20 sm, Şirvanda 16 sm, Salyanda 25 sm, Bankə məntəqəsində isə 8 sm artım müşahidə olunmuşdur.
Külək: Şimal-qərb küləyi arabir Naftalanda 20 m/s, Biləsuvarda 18 m/s, Sabirabadda 17 m/s, Göytəpə, Salyanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Çilov adası, Sumqayıtda 23 m/s, Neft Daşlarında 21 m/s, Binədə 18 m/s, Ələtdə 17 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.7 metrə çatıb. Mayın 08-i səhər saatlarından şimal-qərb küləyi 15-20 m/s-dək mülayimləşib.
Ölkə ərazisındə müşahidə olunan külək mayın 08-i gündüz saatlarından başlayaraq tədricən zəifləyəcək, qeyri-sabit, arabir yağıntılı hava şəraiti isə birinci ongünlüyün sonlarınadək davam edəcək.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı































.jpg)
.jpg)




