Qırmızı.az
Hava şəraiti ilə bağlı mühüm açıqlama
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Publika.az">Publika.az-a verilən məlumata görə, mayın 9-u saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, fasilələrlə yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub. Şahdağda qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub.
Dolu: Mayın 8-də saat 14:00-15:00 radələrində Şəkidə leysan yağışla birlikdə xırda dənəli dolu yağıb.
Düşən yağışın miqdarı: Qobustanda 38.0 mm, Qəbələdə 28.0 mm, Oğuzda 27.0 mm, Şəkidə 25.0 mm, Sarıbaşda (Qax) 23.0 mm, Altıağacda 17.0 mm, Balakəndə 16.0 mm, Zaqatalada 14.0 mm, Astara, Lerik, Xaltanda 11.0 mm, Ağdərədə (Ordubad) 10.0 mm, İsmayıllı, Şamaxı, Ağsu, Şahbuzda 8.0 mm, Şərurda 5.0 mm, Lənkəran, Ordubad, Göygöl, Göyçayda 4.0 mm, Yardımlı, Qusar, Qrız, Şahdağ, Zərdabda 3.0 mm, Culfa, Daşkəsən, Şəmkir, Tovuz, Yevlax, Beyləqan, Kürdəmirdə 2.0 mm, Ağdam, Mingəçevir, Quba, Tərtər, Bərdə, Sabirabad, Cəfərxan, Salyan, Hacıqabul, Şabranda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Bakı, Sumqayıtda 3.0 mm, Pirallahı, Maştağa, Binədə 1.0 mm-dək olub.
Ötən gün ərzində yağan yağışlarla əlaqədar əksər çaylarda sululuğun artımı davam etmişdir. Mayın 9-da Kür çayının yuxarı axımında Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsi 33 sm, Qanıx çayının Cəlayir məntəqəsində 84 sm, Araz çayının Qıvraq məntəqəsində 6 sm, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayın Zurnabad məntəqəsində 3 sm, Kürəkçayın Toğana məntəqəsində 10 sm, Şəmkirçayın Qalakənd məntəqəsində 5 sm, Böyük Qafqazın ərazisindən axan Vəlvələçayın Təngəaltı məntəqəsində 4 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayın Vaqo məntəqəsində 7 sm, Kür çayının aşağı axınında Yevlax məntəqəsində 7 sm, Zərdabda 64 sm, Surrada 10 sm, Şirvanda 10 sm, Salyan məntəqəsində isə 8 sm artım müşahidə olunmuşdur.
Külək: Şimal-qərb küləyi mayın 8-i səhər saatlarında arabir Tovuz, Naftalanda 24 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Çilov adası, Pirallahıda 20 m/s, Binə, Neft daşlarında 17 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb.
Havanın maksimal temperaturu: mayın 8-də Bakıda iqlim normasından 1.5° aşağı olub, Bakıda və Abşeron yarımadasında 16-18° isti, Naxçıvan MR-da 17-22° isti, dağlıq rayonlarda 7-9° isti, aran rayonlarında 15-17° isti olub.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






