Qırmızı.az
“Azəriqaz” 5 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə 5 rayonda keçiriləcək.
Bu barədə Publika.az">Publika.az-a İstehsalat Birliyindən məlumat verilib.
Bildirilir ki, sosial şəbəkə vasitəsilə abonentlərin Birliyin baş direktoru Ruslan Əliyevə ünvanladıqları qaz təchizatı ilə bağlı müxtəlif növ müraciətləri nəzərə alaraq, növbəti həftə (16-20.05.2022 tarixləri) 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.
Aksiya həftənin birinci günü Quba rayonunda (Quba şəhəri, H.Əliyev prospekti, Gənclər Parkı), ikinci günü Qusar rayonunda (Qusar şəhəri, H.Əliyev prospekti Rəsm Qalereyasının həyəti), 3-cü günü Sabirabad rayonunda (Sabirabad şəhəri, Olimpiya İdman Kompleksinin həyəti), 4-cü günü Şirvan rayonunda (Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10) və 5-ci günü isə Saatlı rayonunda (Saatlı şəhəri, H. Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı) saat 11:00-dan 12:00-dək baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı







.jpg)




.webp)


.jpg)

















