Qırmızı.az
Qadir İbrahimlinin ölümü ilə bağlı nekroloq
Mətbuat Şurası jurnalist Qadir İbrahimlinin ölümü ilə nekroloq yayıb.
Publika.az">Publika.az nekroloqun mətnini təqdim edir:
"Azərbaycan jurnalistikasında özünün dəst-xətti ilə seçilən, “İstiqlal.az” saytının baş redaktoru, istedadlı həmkarımız Qadir İbrahimli vəfat edib. Mərhumun doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
İbrahimli Qadir Nadir oğlu 19 dekabr 1968-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.
Hələ gənclik illərindən həyatını jurnalistika ilə bağlayıb. Ölkənin tanınmış kütləvi informasiya vasitələrində çalışmaqla oxucu rəğbəti qazanıb. Peşənin verdiyi üstünlüklər, əməksevərliyi onu həm də iqtisadçı ekspert kimi formalaşdırıb, cəmiyyətə tanıtdırıb. Ölkəmiz, cəmiyyətimiz üçün əhəmiyyət daşıyan bir sıra layihələrdə ekspert və koordinator olub.
Q.İbrahimli ictimai həyatda fəal iştirakı ilə seçilib. 2008-ci ildən “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri olub.
Media ictimaiyyətini narahat edən məsələlərə intensiv və ardıcılıq münasibətilə fərqlənib. 2010-cu ildən Azərbaycan Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının tərkibində yer alıb, komissiyanın üzvü və sədri kimi fəaliyyət göstərib.
Q.İbrahimli həmçinin Odlar Yurdu Univeristetində iqtisadiyyat və menencment üzrə pedaqoq olaraq da çalışıb, bilik və bacarığını gənc nəslə çatdırıb.
Qadir İbrahimli səmimiyyəti, qayğıkeşliyi, dostcanlılığı, gülərüz siması, pozitiv əhval-ruhiyyəsi ilə onu tanıyan hər kəsin xatirəsində əbədi yaşayacaqdır. Bir daha mərhumun doğmalarına, əzizlərinə, dostlarına, həmkarlarına dərin hüznlə başsağlığı verir, üzüntülərini və kədərlərini bölüşür, səbr diləyirik.
Allah rəhmət eləsin!"
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov











.webp)


.jpg)


















