Qırmızı.az
"Üç gün əvvəl "görüşəcəyik” yazdığı anasına qovuşdu" - Qadir İbrahimlidən QALAN XATİRƏLƏR
Ötən gün kəskin qaraciyər sirrozundan vəfat edən tanınmış jurnalist Qadir İbrahimli özündən sonra həyatda unudulmaz imza və xoş xatirələr qoyub getdi.
Publika.az">Publika.az tanınmış media və ictimaiyyət nümayəndələrinin mərhum jurnalistlə bağlı sosial şəbəkədə yazdıqları statusları təqdim edir.
AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı:
"Mətbuat Şurasının sədri Əflatun Amaşovla şəxsi münasibətləri çox yaxşı idi. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyini eşidəndən sonra Amaşovun açıqlamasını oxuyub toxtadım. Dövlətin nəzarətində müalicə olunması Qadirin sağalacağına, ayağa qalxacağına ümid yaratdı. Amma canını tapşırırmış. Bir neçə gün öncə yazdığı kimi, torpaq anasına və ana torpağa qovuşmaq üçün yol üstündəymiş, son yolçuluğa hazırlaşırmış. Övladlarını yerbəyer etmədən əbədi yuvasına can atırmış".
Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova:
"Qadir bir yanımızı da sən boş qoydun. Deməyə sözüm qalmadı. Güvəndiklərimiz bizi güvəncsiz qoydu. Allah o dünyanı gözəl etsin. Bilirəm, nigaran getdin, amma bu dünya onsuz da əbədi deyil, heç birimizə. Xatirin həmişə qəlbimizdə əziz qalacaq".
İqtisadçı Rövşən Ağayev mərhum jurnalistlə bağlı xatirələrini bölüşüb:
“90-cı illərin gəncliyinin nə qədər ağır həyat yaşadığını yaşayanlar bilir. Kasıb və yetim kənd gəncləri üçün Bakıda tələbə həyatı yaşamaq daha fəlakətli idi. Bu gün itirdiyimiz iqtisadçı Qadir İbrahimli bəylə belə bir vaxtda tanış olmuşdum. Universiteti bitirəndən sonrakı həyatımın ilk 5 ili mətbuatla bağlı olmuşdu və ilk işlədiyim qəzetin qapısında məni Qadir qarşılamışdı. Sonra başqa bir qəzetdə də yolumuz kəsişmişdi. Həmişə kədərlə xatırladığım həmin gənclik illərimə Qadirin vaxtsız ölümü daha bir kədər əlavə etdi. Tanrıdan rəhmət diləyirəm!"
Musavat.com-un redaktoru Xalid Kazımlı:
"Yaxşı adamların vaxtsız gedişi ikiqat kədər doğurur. Onların yeri boş qalır, xatirələri qəlb sızladır. Yer üzündə yaxşı insanlar azdır, onlar bir-bir azalanda adama pis gəlir".
"TEAS Press" Nəşriyyat Evi-nin baş redaktoru Famil Cəfərli:
""Qadir İbrahimli vəfat etdi" cümləsinin dəhşətli ağırlığını ifadə etmək də olmur. Çox heyif... Ömrümüzün bir parçası olan adamlar var. Onları itirəndə ruhumuzun bir tərəfi uçub-dağılır. Zabil də, Qadir də həmin parçalar idi".
"Yeni Müsavat" qəzetinin əməkdaşı Elşad Paşasoy:
“Qadir İbrahimli 3 gün əvvəl 85 yaşını təbrik edib, “görüşəcəyik” yazdığı anasına qovuşdu. Erkən çağında itirdiyi anasının qoynunda, atasının yanında dəfn edildi. İndi ruhları danışır. Uzun ayrılıqdan sonra anası üçün necə darıxdığını paylaşımlarından bilirdim, anasızlığın əzabını yaşayan biri olaraq.
Əlvida, əziz qardaş! Bir daha şirin zarafatlarını eşitməyəcəyik. Son dəfə iki ay əvvəl Lənkəran yolçuluğumda zəngləşmişdik. Ondan yolu soruşmuşdum. Lənkəran torpağına qarışdı əbədilik!
Ruhu şad olsun, övladları Arzu və Əli sağ olsun”.
Jurnalist Nahid Canbaxışlı:
“Sözün bitdiyi yerdəyik. Azərbaycan media camiəsi həqiqətən bir yaxşı insanı itirdi. Qadir İbrahimli hələ bundan sonra daha çox yazmalı, daha çox yaşamalı idi. Amma o əbədiyyəti seçdi və əbədi olaraq cismən aramızdan ayrıldı.
Artıq ondan gələn zənglər olmayacaq. Onun zaraftaları olmayacaq. Özü ilə apardı duzlu-məzəli sözlərini.
Allah rəhmət etsin!”
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI