Bağ evlərinin kirayəsi bahalaşdı: 15 min... - FANTASTİK RƏQƏMLƏR
Bizi izləyin

Qırmızı.az

Bağ evlərinin kirayəsi bahalaşdı: 15 min... - FANTASTİK RƏQƏMLƏR

Yayın gəlişi insanları şəhər kənarına üz tutmağa, vaxtlarını bağ evlərində keçirməyə sövq edir. Havaların isinməsi paytaxtda dənizə yaxın yerlərdə bağ evlərinin kirayəsinə tələbi artırıb. Şəhərin səs-küyündən uzaqlaşmaq, təbiət qoynunda dincəlmək istəyənlər həm bölgələrə, həm də Bakı ətrafında yerləşən bağ evlərinə maraq göstərirlər. Artaq maraq fonunda əvvəlki illərlə müqayisədə qiymətlərdə də artım müşahidə olunur.

Publika.az">Publika.az bağ evlərinin satış və kirayə qiymətlərinin bahalaşma səbəblərini araşdırıb.

src="/storage/files/upload/b35898cd4005ccadddf26daca6fea1948cccf621.jpg" style="width: 373px; height: 319.537px;" class="fr-fic fr-dib fr-fil">

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bağ evlərinin qiymətinin artması hər il baş verən tendensiyadır və bu il də təkrar olunur: “Mövsümlə əlaqədar bağ evlərinin kirayəsində tələb və müraciətlərin sayı artdıqca, qiymətlərdə artım olur. Hazırda kirayə qiymətlərində artım müşahidə olunur. Daha çox inzibati mərkəzlərə yaxın olan və infrastrukturu yüksək olan bağ evlərinə tələbat var. Burada söhbət həm kommunal və nəqliyyat, həm də digər mühüm infrastrukturlardan gedir. İnfrastrukturu yaxşı olan ərazilərdə icarədə olan bağ sahələrinə tələbat daha çoxdur. Bu baxımdan Mərdəkan, Şüvəlan, Buzovna, Novxanı bağlarına maraq daha yüksəkdir. Digər istiqamətlərdə də qiymətlərin artımı paralel olaraq müşahidə olunur”.

Satış qiymətlərinə gəlincə, ekspert qeyd edib ki, mövsümi faktorlarla əlaqədar torpaq sahələrinin qiymətində artım var. Ancaq ümumilikdə bağ evlərinin satış qiymətində dəyişiklik müşahidə olunmur: “Bu da ondan irəli gəlir ki, bu evlərinin qiyməti bazarda kifayət qədər yüksəkdir və hazırda da eyni olaraq qalır. Bağ evlərinin qiyməti yüksək olmaqla yanaşı, burada satışa çıxarıldığı müddətdən satıldığı dövrə qədər olan müddət də nəzərə alınır. Ekspozisiya müddəti uzun olduğu üçün bu evlərin qiymətlərində hər hansı dəyişiklik yoxdur. Adətən bağ evlərinin satış qiymətində dəyişiklik konkret situasiyalarda qeydə alınır. Bu gün isə belə bir hal hələ ki, yoxdur”.

src="/storage/files/upload/83295f029394903044a4067a3f64344bd6d5df82.jpg" style="width: 350px; height: 348.968px;" class="fr-fic fr-dib fr-fil">

“Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə vurğulayıb ki, hazırda bağ evlərinin kirayə qiymətində artım olsa da, ötən illə, yəni pandemiya dövrü ilə müqayisədə rəqəmlər nisbətən aşağıdır: “Lakin bir neçə ay öncə ilə müqayisədə bağ evlərinin qiymətində artım var. Qışda bu evlərə tələbat o qədər də olmur, yay aylarında isə artan tələb qiymətlərə təsir göstərir. Pandemiya dövrü ilə müqayisədə son vaxtlar rayonlarda istirahət imkanları var. Karantin zamanı rayonlara gediş-gəlişə məhdudiyyət qoyulmuşdu, buna görə də paytaxta tələb artmışdı. Ancaq bu il vətəndaşlarımız həm ölkə xaricində, həm də bölgələrdə dincələ bilirlər. Hazırda bazarda bağ evlərinin aylıq kirayəsi təxminən 500 manatdan başlayır və qiymətlər 14-15 min manata qədər artır. Mövsümi, yəni kirayə müddəti 3 ay olduqda isə qiymətlərdə müəyyən qədər endirim tətbiq olunur”.

Ekspertin sözlərinə görə, qiymətlər əsasən bağın imkanlarından asılı olaraq dəyişir. Burada evin kommunal təchizatı, xüsusilə də hovuzun olub-olmaması mühüm rol oynayır: “Hovuzu olan evlərin qiyməti 1 500 manatdan başlayır. Qiymətlərə təsir edən səbəblərdən biri də evin dəniz yaxınlığında yerləşməsidir ki, bu bağ evlərinin qiyməti digərləri ilə müqayisədə bir qədər çox olur”.

R.Qasımzadə vurğulayıb ki, Bilgəh, Buzovna, Mərdəkan, Şüvəlan və Novxanıda yerləşən bağ evləri digərlərinə nisbətən baha qiymətə təklif olunur: “Həmin ərazilərdə orta qiymət 1 000 manatdır və 15 min manata qədər dəyişir. Bahalı evlərin üstünlükləri əsasən, tennis meydançalarının, idman sahələrinin, kinoteatrın mövcud olmasıdır. Bu il ən çox tələbat aylığı 1 000-1 500 manat, yəni mövsümi 3 000-5 000 manat olan bağ evlərinədir. Orada hovuz, istirahət mərkəzləri, 3-4 yataq otağı, kababxanası, yay zalları mövcuddur ki, onların da ortalama qiyməti 1 500 manatdan başlayır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm