Qırmızı.az
ANAMA-dan minaya düşən əməkdaşla bağlı BƏYANAT
İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva Azərbaycanın azad olunmuş ərazilərində işğal dövründə Ermənistan tərəfindən basdırılmış tank və piyada əleyhinə minaların hazırda insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratması və bu vəziyyətə son qoyulması ilə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə bəyanat və çağırışlar ünvanlayıb.
Bu barədə Publika.az">Publika.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olub.
Daha bir azərbaycanlı mülki şəxs piyada əleyhinə minaya düşərək xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Vəliyev Ruhin Sultan oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonunun ərazisində xidməti vəzifəsini yerinə yetirərkən minaya düşüb və sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub. Təəssüflə bildiririk ki, beynəlxalq təşkilatlar tərəfindən insan həyatı üçün potensial təhlükə olaraq qalmaqda davam edən minalarla bağlı konkret tədbirlər görülmür, bu isə günahsız insanların həlak olmasına və ya xəsarətlər almasına səbəb olur.
Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


