Qırmızı.az
Sel içməli su mənbəyinə ziyan vurdu
Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Naftalan şəhərlərini, həmçinin Goranboy rayonunun bəzi kəndlərini içməli su ilə təmin edən Ballıqaya su mənbəyinə ciddi ziyan vurub.
“Azərsu” ASC-dən Publika.az-a verilən məlumata görə, sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil sutəmizləyici qurğunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Nəticədə Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə suyun verilməsi dayandırılıb. Eyni zamanda sel suları Ağcakənd qəsəbəsini içməli su ilə təmin edən magistral su kəmərinin bir hissəsini yararsız hala salıb.
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, 7 nömrəli Regional Sukanal İdarəsinin nümayəndələri su mənbəyinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































