Qırmızı.az
Ombudsman 15 yaşlı girovla bağlı BQXK-yə müraciət edib
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bu günlərdə 15 yaşlı Məmmədov Cavid Samir oğlunun erməni hərbçilər tərəfindən girov götürülməsi ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Durana məktubla müraciət edib. Bu barədə Publika.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Məktubda deyilir: "Məlum olduğu kimi, Azərbaycan Respublikasının vətəndaşı, 15 yaşlı uşaq Məmmədov Cavid Samir oğlu 5 sentyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında erməni hərbçilər tərəfindən girov götürülüb. Bu gün atəşkəs rejiminə baxmayaraq, erməni hərbi birləşmələrinin mütəmadi olaraq bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə, sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır, onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur. Bütün bunlar mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin 14 dekabr 1974-cü il tarixli "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"sinin, Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında 1899 və 1907-ci illər Haaqa konvensiyalarının, "Müharibə qurbanlarının müdafiəsi haqqında" Cenevrə Konvensiyası (1949) və onun I və II Əlavə protokollarının (1977), habelə Uşaq Hüquqları Konvensiyasının (1989) müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir".
Qeyd olunur ki, bu kimi halların davam etməsi, çoxsaylı cəzasızlıq presedentləri yaradır: "Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə, dinc əhalinin hər an təhlükədə qalmasına şərait yaradır".
Ombudsman qeyd olunanları nəzərə alaraq, beynəlxalq hüquq normalarına riayət etməklə, Azərbaycan vətəndaşı, 15 yaşlı uşaq Məmmədov Cavid Samir oğlunun təhlükəsizliyinin təmin edilməsini, işgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəzaya məruz qalmasının qarşısının alınmasını, habelə onun ailəsinə qaytarılmasının sürətləndirilməsinə köməklik göstərilməsini xahiş edib.
-
Kriminal18:00
Azərbaycandan qaçdığı düşünülən seksual manyak gizli şəkildə çobanlıq edirmiş
-
Sağlamlıq17:21
Xroniki baş ağrısına səbəb olur - Bu dərmanlar təhlükəlidir!
-
Kriminal17:00
Tələbənin maşını ilə dəhşətli qəza törədən gənc həbs edildi - FOTO
-
Cənubi Qafqaz16:40
Bu ölkə Avropanın İrəvana yardımını Bakıya görə blokladı - Ermənistana “soyuq duş”
-
Dəb16:27
Dünya qədər pulu var, amma sevgilisinə normal geyim ala bilmir? - FOTO
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO