Qırmızı.az
“Azəriqaz” soyuq havada iki rayonun qazını niyə kəsdi?
Hər dəfə sinoptiklər havaların soyuması ilə əlaqədar məlumat verəndə aidiyyəti qurumlar da belə hava şəraitinə tam hazır olduqlarını bəyan edir, əhalinin elektrik, su, qazla təminatının yüz faiz olacağına söz verirlər. Lakin həmin gün gəlib çatanda onların heç də hamısı verdikləri sözə əməl etmir.
Sinoptiklər bir neçə gün əvvəldən havaların soyuq keçməsi ilə bağlı xəbərdarlığını aidiyyəti qurumlara göndərib. Buna baxmayaraq, “Azəriqaz” bu gün Bakının 2 rayonunda qaz olmayacağı ilə bağlı məlumat yayıb.
Belə ki, bu gün səhər 10.00-dan Qaradağ və Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda fasilənin qaz xətlərinin birləşdirilməsi ilə əlaqədar olduğu deyilir. İşlər başa çatanadək qazın verilişində fasilə olacaq, işlərin başa çatma saatı isə göstərilməyib.
Bəs nə üçün aidiyyəti qurum təmir-bərpa işlərini qaza tələbatın ən çox olduğu gündə həyata keçirir?
“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis əvəzi İbrahim Kərbəlayev Publika.az-a açıqlamasında bu gün müşahidə olunan fasilənin yeni çəkilmiş qaz kəmərinin mənbəyə birləşdirilməsi və qaztənzimləyici qurğunun quraşdırılması ilə əlaqədar olduğunu deyib. Onun sözlərinə görə hazırda həmin rayonlarda iş gedir, yəqin ki, bir neçə saata işlər yekunlaşacaq.
“Azəriqaz”İstehsalat Birliyi abonentlərini fasiləsiz və təhlükəsiz qaydada təbii qazla təmin etməlidir. Yeni çəkilən qaz xətlərinin birləşdirilməsi məhz bu günə təsadüf edir. Qaz xətlərinin təmiri, çəkilməsi əvvəldən planlaşdırılır. Zərurət yarandığına görə, bu işləri gecikdirə bilmirik. Hava şəraiti ilə əlaqədar olaraq da işlərə fasilə verməyimiz mümkün deyil”.
Gülxar
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı








.jpg)



.jpg)


















.jpg)


