"Artilleriya və top mərmiləri tamamilə yerli istehsal olacaq"
Bizi izləyin

Qırmızı.az

"Artilleriya və top mərmiləri tamamilə yerli istehsal olacaq"

“Əgər biz 2009-cu ildə İstanbulda iştirak etdiyimiz sərgidə 27 adda məhsul nümayiş etdirmişiksə, bu gün IDEX-də artıq 170 addan məhsul nümayiş etdiririk”.

Bunu Report-a açıqlamasında Əbu-Dabidə keçirilən IDEX-2015 beynəlxalq müdafiə sərgisində Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazir sərginin Azərbaycan tərəfi üçün məhsuldar olacağına ümidvar olduğunu söyləyib: “İki həftə bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Azərbaycana gələrək, ölkəmizdə istehsal olunan, demək olar ki, bütün məhsullarla maraqlanıb. Burada da onlarla danışıqlar apararıq, onlar da qərar verərlər ki, hansı məhsullar üzərində dayansınlar”.

Nazir, həmçinin Azərbaycan müdafiə sənayesində gələcəkdə nəzərdə tutulan layihələr barədə danışıb. Onun sözlərinə görə, ölkədə daha beş istehsalat sahəsinin açılışı planlaşdırılır. Y.Camalovun sözlərinə görə, həmin istehsalat sahələrində RPQ, AQS, döyüş başlıqları və digər döyüş sursatları istehsal olunacaq: “Bir zavod da Bakıda apreldə açılacaq, o da bütün ölçülü tank və artilleriya mərmilərini istehsal edəcək. Bununla da Azərbaycan özünü artilleriya və tank mərmiləri ilə tam təmin edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm