Qırmızı.az
Nazir ayaqlarını itirən əsgərə sahib çıxdı
Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki
hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən
Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlərlə,
ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi
reaksiya verib.
Publika.az-ın məlumatına görə, Sərxan Tahirzadə AzNews.az-a açıqlamasında bildirib ki, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən onu və anasını nazirliyə dəvət ediblər.
Nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilən qazinin
qarşılaşdığı problemlə bağlı söhbət aparılıb. Onun mövcud durumu,
qayğıları və problemlərinin məğzi ilə maraqlanılıb.
Görüşdə S. Tahirzadənin ehtiyacları barəsində söhbət aparılması
ilə yanaşı, yaranan hər hansı problem zamanı Müdafiə Nazirliyində
müvafiq qurumla əlaqə saxlaması üçün ona telefon nömrələri də
verilib.
S. Tahirzadəyə deyilib ki, Müdafiə Nazirliyi hər zaman onun
qayğılarına dəstək olmağa hazırdır. Daha sonra qazini narahat edən
problemlərin həllinə kömək göstərilməsi üçün müvafiq tapşırıqlar da
verilib.
Qeyd edək ki, Sərxan Tahirzadə 77 manat pensiya, 150 manat da prezident təqaüdü ilə dolana bilmədiyini, sığorta pulunu isə Dövlət Sığorta Şirkətindən ala bilmədiyini dilə gətirmişdi. Onun anası Mahisə Tahirova isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul şöbəsinin müdiri Bayram adlı şəxs tərəfindən təhqir olunduqlarını bildirmişdi. M. Tahirova əlavə etmişdi ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı ilə görüşə bilmir, müavini isə onlara qarşı hörmətsizlik edir.
-
İKT11:06Uşaqları sosial şəbəkələrdə necə qorumalı? - VİDEO
-
Region09:58Erməni müğənni Paşinyana qarşı çıxdı: "Qarabağ erməniləri ölkədə təqib olunurlar!"
-
Yaxın Şərq09:49İsrail yenidən genişmiqyaslı hərbi əməliyyatlara başladı
-
Sağlamlıq09:29Dəhşətli statistika - 40 milyon uşaq tütün məmulatından istifadə edir
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?





















.jpg)












