Qırmızı.az
Hadı Rəcəblinin bəhs etdiyi müəllim danışdı: “Daha müəllimlik etmirəm”
Mən indi tikinti işində işləyirəm. Daha müəllimlik etmirəm. Məni biabır edəcəklər.
Bunu virtualaz.org saytına açıqlamasında adı Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin iki gündür müzakirə olunan müsahibəsində çəkilən, Lənkəranın Veravul kənd orta məktəbinin müəllimi Balabəy Qurbanov deyib.
B.Qurbanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdiyini və uzun müddət Veravul kənd orta məktəbində coğrafiya müəllimi işlədiyini dedi. Əlavə etdi ki, hazırda məktəbdə işləmir. Lakin o, müəllimlikdən nə vaxt uzaqlaşdığını açıqlamaq istəmədi.
B.Qurbanov yalnız onu dedi ki, hazırda tikintidə usta işləyir:
“Hazırda Lənkəranda tikintidə işləyirəm. Bax, elə indicə - sizinlə danışdığım bu dəqiqələrdə əlimdə işim var, divar hörürəm. Bir neçə günlük işim qalıb”.
Balabəy müəllim bir neçə ixtisas sahibi olduğunu da söyləyir:
“Mən həm də traktorçuyam, amma bənnalıq, hörgü işlərini də bacarıram. Aşpazlığı da necə lazımdır bacarıram. Bunları Lənkərandakı peşə məktəbində öyrənmişəm. Kiminsə əlinə baxıb öyrənməmişəm. Əlimdə sənədim var. Ustalıqla dolanmaq olur, amma müəllimliklə yox. Ustalıqla çörəkpulu qazanmaq olur. Həm də gecə rahat yata bilirsən”.
Balabəy müəllim deputat H.Rəcəbli ilə şəxsən tanış olub-olmaması barədəki sualı belə cavablandırdı:
“Hadı müəllim kəndimizə gələndə görüşürük. Aramızda salaməleyk var”.
Xatırladaq ki, Hadı Rəcəbli müsahibəsində 150-200 manat maaşla dolana bilməyən müəllimlərin işdən sonra fəhləlik edə biləcəyi, hörgü işində işləyə biləcəyi haqda fikirlər səsləndirmişdi.
Hadı Rəcəblinin dediklərindən sitat:
“Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır.
Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var. O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır. O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”
-
Nida Xəbər 13:25Baş nazirdən yeni qərar
-
MDB12:26Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi
-
Magazin111:48Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO
-
Dünya11:12Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq
-
Region09:13Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili
-
Avropa09:00“Fəlakət xəbərçisi” sahilə çıxdı - FOTO
-
Pul08:36Dollar, avro və yuan bahalaşacaq, rubl isə...
-
Sosial08:00Tramp İranı yeni sərt zərbələrlə hədələdi










.jpg)
























