Qırmızı.az
İnsan alverinin qurbanları - 41 qadın, 15 kişi
Azərbaycanda insan alverinin qurbanlarının daha çox hansı ölkələrə aparıldığı məlum olub.
Publika.az ANS Press-ə istinadən xəbər verir ki, Azərbaycanın insan alverinə qarşı mübarizəsi ilə bağlı 2014-cü il üzrə hesabatında bildirilir ki, insan alveri ilə bağlı cinayət təqibi və qurbanlarla iş 56 qurbandan (41-i qadın, 15-i kişi) 19-nun Türkiyəyə, 16-nın Birləşmiş Ərəb Əmirliklərinə, 15-nin Rusiya Federasiyasına və 1-nin İran İslam Respublikasına aparıldığını, 5 qurbanın isə ölkə daxilində istismara məruz qaldığını müəyyən edib.
Həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə ötən il 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanıb, 17 nəfər (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa elan olunmuş 17 şəxsdən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.
Qurbanlardan 37-i sığınacağa yerləşdirilmiş və hər birinə zəruri yardımlar edilmişdir. O cümlədən 22-si işlə təmin edilib, 21-i peşə kursuna göndərilib, 50 qurbana birdəfəlik müavinətlər verilib, 13-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib.
Həyata keçirilmiş profilaktik tədbirlərlə 12 qurban ailəsinə qayıtmış, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyata, 1 nəfərin müalicəyə olan ehtiyacı, habelə 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin edilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə isə hər bir zərərçəkənə müdafiəçi ayrılıb.
Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı uşaq "Azərbaycan Uşaqlar Birliyi" İctimai Təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilib. Baxımsız qalmış və risk qrupuna aid olan 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilib.
İnsan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilib.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlər ilə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılmış və hər biri üzrə qanunla müəyyən edilmiş qaydada zəruri ölçülər götürülüb.
-
Sosial15 May 23:35Azərbaycanda pensiyalarla bağlı yenilik
-
Sosial15 May 22:04Bu qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Xəbərdarlıq
-
Sosial15 May 20:48Bakıda yeni park salınır: 49,5 milyon manata başa gələcək - Bəzi tikililər söküləcək
-
İnanc15 May 20:12Bayram namazının vaxtı açıqlandı
-
Nəqliyyat15 May 18:20Bu yolda çökmə oldu: sürücülərin nəzərinə!
-
Sosial15 May 17:52Yer kürəsində dalğalanma başladı: Təhlükəli saatlarla bağlı xəbərdarlıq edildi
-
Sosial15 May 16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15 May 15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi










.jpg)
.jpg)
.jpg)
.webp)
















.jpg)



