Müəllimlərin maaşı artırıldı
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin maaşı artırıldı

Azərbaycan Dillər Universitetində işləyən professor-müəllim, o cümlədən işçi heyətinin növbəti dəfə əmək haqqı artımı olub.

ADU-dan Publika.az-a verilən məlumata görə, artım universitetin Elmi Şurasının 8 iyun tarixli qərarına əsasən həyata keçirilib.

Maaş artımı ödənişli əsaslarla təhsil alan tələbələrin ödənişi, universitetin beynəlxalq və yerli layihələrdə qazandığı vəsait, əməkdaşlarının sayının azaldılması və tələbə-müəllim nisbətinin beynəlxalq standartlara uyğunlaşdırılması fonunda həyata keçrilib.

Artıma əsasən universitetdə çalışan kafedra müdirləri 1250 AZN, professor 1100 AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əməkhaqqları ilə təmin olunacaqlar. Bu da əməkhaqqının 30-35 %-ə qədər artımı deməkdir. ADU-da professor-müəllim heyətinin əməkhaqqı minimum 500 AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm