Region
ABŞ-ın İran sanksiyalarının ŞOK DETALLARI: Yalnız qida...
ABŞ İrana qarşı sanksiyaların ikinci mərhələsinə bu gün
start verdi. Lakin Avropa İttifaqı ölkələri, Rusiya, Çin və
Hindistanın sanksiyalara əməl etməyəcəklərini açıq şəkildə
bildirməsi Vaşinqtonu çətin vəziyyətə salıb.
Publika.az xəbər verir ki, bütün dünya hazırda İrana qarşı
sanksiyaları və bunun nəticələrini müzakirə edir.
Analitiklər Vaşinqtonun məqsədinin İran neftinin ixracını
məhdudlaşdırmaq və bu ölkədə iqtisadi böhran yaradaraq, hakimiyyətə
qarşı narazılığı körükləmək olduğunu düşünürlər.
ABŞ Dövlət Departamentindən mətbuata sızan məlumatlara görə
sanksiyalar belə tətbiq ediləcək:
- İrandan neft alan ölkələr bunu məhdudlaşıracaq;
- Bundan sonra alınacaq neftin miqdarı əvvəlki ilə müqayisədə
azaldılacaq;
- İrana nağd pul ödənməyəcək. Alınacaq neftin ödənişi İranın
humanitar ehtiyacları olan dərman və qida ilə həyata
keçiriləcək;
- Digər ölkələr ABŞ-ın İrana qarşı digər sanksiyalarına da əməl
edəcək.
ABŞ sanksiyaların ikinci mərhələsi başlayan kimi dünya ölkələri
buna qarşı çıxdı. Rusiya və Çin İrandan neft almağa davam
edəcəklərini bəyan etdilər. İngiltərə və Hindistan da sanksiyalara
əməl etməyəcəklərini bildirdilər.
Avropa İttifaqı İran məsələsində ABŞ-ın dediyini etməmək üçün qanun
qəbul edib. Bu qanuna görə, Avropa şirkətlərinin İrana qarşı
sanksiyalardan zərər görməməsinin qarşısını almaq üçün lazımı
addımlar atılacaq. Hətta Avropa İttifaqı İranla ticarəti davam
etdirmək üçün yeni ödəmə sistemi hazırlayıb. Bu sistem hələlik tam
istifadəyə verilməsə də, yaxın günlərdə dövriyyəyə girəcək.
İranla ticarətin ABŞ-ın nəzarətindəki SWİFT sistemindən kənarda
aparılması dollara ciddi zərbə vuracağı deyilir.
Asif
-
Ekologiya07:17Noyabrın ilk gününün hava proqnozu açıqlandı
-
Magazin106:16Atası ilə fotosunu paylaşıb bunları yazdı - FOTO
-
Region05:45İran əhalisi hakimiyyətdən nə tələb edir? - Rezayi AÇIQLADI
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq

























.jpg)







.jpg)

.jpg)