Region
Türkiyə ABŞ-a MEYDAN OXUDU: "Artıq səbrimiz qalmadı"
“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Fuad Oqtay mətbuata açıqlamasında deyib.

Vitse-prezident qeyd edib ki, Türkiyənin bu mövzudakı yanaşması hər zaman konkret olub: “İlk mərhələdə cənub sərhədimizdəki bu yeniliklərdən, sərhəd xəttində açılan koridordan nə qədər narahat olduğumuz və PKK-nın, istər YPG deyin, istər PYD deyin - həmin təşkilatın varlığına icazə verməyəcəyimizi başından bəri ifadə etdik. Sərhədimizdə Türkiyəni təhdid edən heç bir ünsürün yerləşməyəcəyi nöqtəyə gəldiyimiz ana qədər mübarizəmiz davam edəcək. Ölkəmiz özünə qarşı heç bir təhdidə, heç bir yerdə hər hansı bir hadisəyə icazə verməyəcək. Bu günədək bu qərarlılığı sərgiləmiş və lazımi tədbirlər görülmüşdür”.
Qeyd edək ki, Türkiyə cənub sərhədində torpaqlarının təhlükəsizliyinə təhdid hesab etdiyi PKK terror təşkilatına qarşı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirərək bölgənin böyük qismini terrorçulardan təmizləyib. Münbiçin terrorçulardan təmizlənməsi məsələsində isə ABŞ Türkiyə ilə razılığa gələrək bölgəyə birlikdə daxil olmağı və birgə nəzarət etməyi təklif edib. Lakin ABŞ bölgənin təhlükəsizlik tədbirləri ilə bağlı görüləcək işləri təxirə salır.
Zümrüd
-
Rəsmi xronika17:48İlham Əliyev Məhəmməd Baqir Qalibafı qəbul etdi
-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı





































