Region
“S-400”-lərin Türkiyəyə çatdırılacağı tarix MƏLUM OLDU
Rusiya bu ilin sonuna kimi Türkiyəyə “S-400” hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını başa çatdıracaq.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov “IDEX-2019” müdafiə sərgisinin gedişatında jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, “S-400” zenit-raket kompleksləri ilə bağlı Rusiya və Türkiyə arasında başlanan razılaşma ABŞ və Türkiyə arasında gərginliyin əsas səbəblərdən biri kimi göstərilir. Vaşinqton Ankaranı dəfələrlə təhdid edib ki, Türkiyə “S-400” alarsa”, “Patriot” ala bilməyəcək, eyni zamanda, “F-35” proqramında iştirakı riskə girə, ABŞ-ın sanksiyalarına məruz qala bilər.
ABŞ Dövlət Departamenti 3,5 milyard dollar dəyərindəki “Patriot” sistemlərinin Türkiyəyə satışına 2018-ci il dekabrın 19-da icazə verib. Ancaq ABŞ Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri almasından imtina etməsini istəyir. Türkiyə isə Rusiya ilə razılaşdırılan “S-400” müqaviləsinin ləğv edilməsini “Patriot” satışında ilkin şərt kimi irəli sürülməsinə etiraz edir.
Bundan sonra “Anadolu” agentliyi bildirib ki, ABŞ-ın nümayəndə heyəti “Patriot”ların satışı üzrə təklifi Türkiyəyə təqdim edib.
Ötən ay NTV telekanalının efirində Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib ki, “S-400” zenit-raket komplekslərindən imtina barədə şərt irəli sürülərsə, Türkiyə ABŞ-dan “Patriot” sistemləri almayacaq.
“Türkiyə gələcəkdə “Patriot” sistemlərini əldə edə bilər, amma bunu “S-400”-lərdən imtina şərti irəli sürülməsi halında mümkün hesab etmir”, - Çavuşoğlu deyib.
Ömər Dağlı
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı
-
MDB1 Noyabr 17:54Rusiya ordusu ötən ay rekord sayda itki verib




































.jpg)

.jpg)