Region
Onların əlində “nou-hau” var - Zərifdən ŞOK İDDİA
Yəməndə husilər raketlərin radiusunu müstəqil artırıblar və bunun sayəsində Səudiyyə Ərəbistanının neft obyektlərinə zərbələr vura biliblər.
Publika.az xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif CBS telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, hakimiyyəti dövründə Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin Səudiyyə Ərəbistanının pulu ilə aldığı silahlar Yəmən qiyamçılarına çatıb. Bundan başqa, Zərif qeyd edib ki, husilərdə texnologiyalar və “nou-hau” ("nou-hau" - əqli fəaliyyətin nəticəsi kimi kommersiya sirrinə aid edilən, qanunvericiliyə, yaxud sahibinin mülahizələrinə əsasən patentlə mühafizə olunmayan məlumatlar – red.) var və bunlar onlara silahları təkmilləşdirməyə imkan verib.
Xarici İşlər Nazirliyinin başçısı vurğulayıb ki, Ər-Riyad hücumlarda Tehranın iştirakınna dair heç bir sübut verməyib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının dövlət neftqaz şirkəti olan “Saudi Aramco”nun obyektləri pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Hücumlara görə məsuliyyət husi qiyamçıları üzərinə götürüb, ancaq Ər-Riyad və Vaşinqton Tehranı ittiham edib.
Ər-Riyad neft obyektlərinə hücumlarda İranın iştirakına dair sübutlara malik olduğunu bəyan edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Dünya21:00Vulkana görə uçuşlar dayandırıldı
-
Region19:26Xameneinin oğulları ilk dəfə görüntüləndi - Video
-
İdman18:36“Qarabağ” onu transfer etdi
-
MDB17:38Bir həftədə Ukraynaya 160 raket atıldı
-
Maraq dünyası17:04Van Dammın heykəli Vəndama qayıtdı - FOTO
-
MDB16:20Bir günə 1290 hərbçi itirdilər
-
Maraq dünyası16:11Amerikalılar "Ayfon"u niyə basdırdılar - Kapsul 2276-cı ildə açılacaq
-
Magazin215:33Güngör: "Əsgərlikdə 9 kilo arıqladım" - FOTO






























.jpg)





