Region
Əli Xamenei: “Geridə qalmışıq”
İranda bu gün bir çox sahədə islahata ehtiyac var.
Publika.az xəbər verir ki, bu sözləri ölkənin ali dini lideri Ayətullah Əli Xamenei deyib.
İranın inqilabçı lideri Ruhullah Xomeyninin anım günü münasibətilə dövlət televiziyasında çıxış edən dini lider ölkəsinin elm və siyasət kimi bir çox sahələrdə irəliləyiş əldə etdiyini deyib. O, xalqdan və hökumətdən var olanla kifayətlənməmələrini, daha böyük inkişaf üçün təşəbbüs göstərmələrini istəyib.
“Təəssüf ki, bəzi mövzularda geridə qalmışıq. Bu, kədərləndiricidir. Bu, inqilabın təbiətinə ziddir. Hər canlı toplum dəyişikliyə ehtiyac duyar. Biz də bu gün bir çox sahədə buna ehtiyac duyuruq. Dəyişiklik tələbi etiraz mənasına gəlmir. Daha yaxşıya çatmaq üçün daimi axtarışdır. Mövcud olanla kifayətlənməməkdir”, - Xamenei qeyd edib.
Dini lider ABŞ-da baş qaldıran etiraz aksiyalarını gizlənən gerçəklərin ortaya çıxması kimi şərh edib.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
