Region
Çavuşoğlundan Makrona SƏRT CAVAB: "Yanaşmaları tənqid olunmalıdır"
Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO müttəfiqi Fransanın Rusiyanın Liviyadakı mövcudluğunu gücləndirmək üçün səy göstərdiyini söyləyib.
Publika.az xəbər verir ki, Çavuşoğlu paytaxt Ankarada səfərdə olan Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ilə birgə təşkil edilən mətbuat konfransında Liviya mövzusundakı suala cavab verərkən deyib:
"Bu prosesin əvvəlindən bəri Türkiyə Liviyada sülh əldə edilməsinə dəstək verir. Biz siyasi prosesə ən çox töhfə verən ölkəyik. Biz legitimliyi olan rəhbərliklə əməkdaşlıq edirik. Dünya bilir ki, bu əməkdaşlıq sayəsində tarazlığa nail olduq və Tripolidə müharibənin küçə toqquşmasına çevrilməsinin qarşısını aldıq".
Türkiyəni tənqid edən Fransanın "pirat iqtidarı", yəni Hafteri dəstəklədiyini vurğulayan Çavuşoğlu bildirib:
"Fransa dürüst davranır? Xeyr. Amma bütün həqiqətlər ara yerdədir, hesabatlar da eləcə. Silahların pulunu Əbu-Dabi verir, amma bunu verən Fransadır. NATO Rusiyanı təhdid olaraq görür. Lakin Fransa Rusiyanın oradakı gücünü artırmaq üçün cəhd göstərir. Makronun idarə etdiyi yaxud edə bilmədiyi Fransa dağıdıcı anlayışla sadəcə öz maraqları və istəkləri üçün mövcudluğunu davam etdirir. Əslində tənqid edilməsi lazım gələn Fransa və Makronun yanaşmaları olmalıdır. Əvvəl dürüst olsunlar, ondan sonra Türkiyəni tənqid etsinlər. Türkiyəyə bu tərz hücum etməyin daxili siyasətdə də heç bir xeyri yoxdur, bundan dərs götürəcəyinə ümid edirəm".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
