Region
İranda SİLSİLƏ PARTLAYIŞLAR - Hücum haradan edilir?
İrannın paytaxtı Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar olub.
Publika.az xəbər verir ki, hadisənin İslam İnqilabı Keşikçiləri Korpusuna aid anbarlarda baş verdiyi bildirilir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, olaydan sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. Qüds və Şəhriyar rayonlarının yarımstansiyalarının partladığı iddia olunur.
Xəbərə görə, İranın aerokosmik qüvvələri naməlum təyyarəyə və ya pilotsuz uçuş aparatlarına qarşı iki raket göndərib.
Qeyd edək ki, bu hadisə İranda son zamanlar baş verən sirli partlayışlar silsiləsindən biridir. Belə ki, iyulun 2-də “Natanz” nüvə stansiyasının bir binası partlamışdı. Daha sonra İslam İnqilabı Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış olmuşdu.
İddialara görə, İrandakı hadisələrin arxasında xarici qüvvələr dayanır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
