Region
Koronavirusun YENİ SİMPTOMLARI üzə çıxıb - Səhiyyə naziri
“Koronavirusun yeni sipmtomları üzə çıxıb”.
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Hürriyet”in köşə yazarı Osman Müftüoğluya açıqlamasında deyib.
Koca Müftüoğlu ilə söhbətində bunları qeyd edib: “Son həftələrdə diaqnoz qoyulan yoluxmalardakı simptomlar ilk günlərdəkindən fərqlidir. Məsələn, ishal və əzələ ağrıları daha tez-tez rast gəlinən əlamətlər olub. Bu dəyişiklikləri diqqətlə izləyirik. Ölümlərdə isə əsas problemlərdən biri qanın laxtalanmasıdır. Bu məsələlərdə yeni strategiyalar hazırladıq. Hər an tətikdə olan virus yeni hücuma çoxdan hazırdır”.
Müftüoğlu bildirib ki, Səhiyyə naziri olduqca narahat və təşvişlidir: “Virus qabaqlayıcı tədbilərə qarşı olduqca müqavimətlidir. Əvvəllər yaşlıları hədəf alırdısa, indi orta yaşlıları, hətta gəncləri xəstələndirir. Əgər qaydalara dəqiqliklə riayət etməsək, ipin ucunu buraxsaq, virus yenidən hücuma keçəcək”.
F.Koca qeyd edib ki, COVID-19 xəstəliyinin müalicəsində geniş istifadə olunan “Favipiravir”in istehsalına başlayacaqlar: “4 yerli dərman firmamıza lisenziya verdik. Bundan sonra ehtiyaclarımızı özümüz qarşılayacağıq. İxrac şansımız belə mümkündür”.
Onun sözlərinə görə, SARS-CoV-2 hələ də öz gücünü qorumaqdadır.
Zümrüd
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO

















.jpg)

.jpg)
















.jpg)


