Region
Toylarla bağlı qərar verildi - YALNIZ 1 SAAT
Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyən olunub.
Publika.az ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 26-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Gaziantəp, Kayseri, Konya, Mardin, Şanlı Urfa, Van və Yozgat olmaqla 14 vilayətdə sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Toy mərasimləri bir saat olacaq. Gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olunmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinə toyda iştirak qadağan ediləcək. Rəqslər, o cümlədən yallı çəkilməsi, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək. Bu qaydaları pozan tərəflərə pul cərimələri kəsiləcək.
Qeyd edək ki, Türkiyə üzrə 98 min 231 nəfər testdən keçirilib. Onlardan 1502 nəfər xəstə çıxıb. Bu göstərici iki gün əvvəlki vəziyyətlə müqayisədə 285 nəfər çoxdur. Sutka ərzində ölkə üzrə 887 nəfər sağalıb, 24 nəfər həyatını itirib.
Ekspertlər hesab edir ki, kütləvi tədbirlər, xüsusilə də rəqs və yallı olan mərasimlər məlum infeksiyanın kütləvi yoluxmasına səbəb olur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
