Region
Türkiyədə izolyasiyalı tabut satışı REKORD VURUR
Türkiyədə yalnız bir dəfə istifadə oluna biləcək taxta tabutların satış həcmi fantastik dərəcədə artıb.
Publika.az “DHA”ya istinadla xəbər verir ki, COVID-19 səbəbi ilə viruslu xəstələrin içərisinə qoyulduğu və qalvaniz adlı örtüklə izolyasiya edilmiş tabutların sifarişi 70 faiz həcmində çoxalıb.
Əvvəllər xaricə ildə 500 taxta örtüklü tabut satan şirkətlər indi tələbin təklifi üstələdiyini bildiriblər. Alıcıların və sifarişçilərin 90 faizdən çoxunun pandemiyadan ölənlərin yaxın qohum-əqrabaları olduğu vurğulanır.
Bundan başqa, COVID-19 pandemiyasından ölənlərin sayının artması ilə Türkiyə daxilində də bu cür “viruskeçirməz” tabutlara tələb yarandığı qeyd olunur. Hətta tabut istehsalçıları iş saatını artırdıqlarını, saysız sifarişləri çatdırmaq üçün əllərindən gələni etdiyini söyləyirlər.
Tural Turan
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov











.webp)


.jpg)



















