Region
Ərdoğandan SƏRT TƏLƏB: 10 ölkə geri addım atdı
ABŞ və bəzi ölkələrin Ankaradakı Səfirliklərinin Vyana Müqaviləsinin 41-ci maddəsi ilə bağlı verdikləri açıqlama Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən müsbət qarşılanıb.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" Türkiyə Prezident Admnistrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın Ankaradakı Səfirliyi bu gün etdiyi paylaşımda diplomatın yerləşdiyi ölkənin qanun və qaydalarına riayət etməsini əsas gətirərək Diplomatik Münasibətlər haqqında Vyana Müqaviləsinin 41-ci maddəsinə əməl edilməli olduğunu açıqlayıb.
Bu paylaşımdan sonra Osman Kavala bəyanatına imza atan Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankaradakı rəsmi səfirləri səfirlik hesabından və ya şəxsi hesablarından açıqlama paylaşaraq, bəzi ölkələr isə ABŞ-ın açıqlamasını "retweet" edərək eyni fikirdə olduqlarını bəyan ediblər.
Almaniya və Fransanın da bəyanatı paylaşmasıyla Osman Kavala ilə bağlı açıqlama verən 10 ölkənin hamısı geri addım atmış oldu.
Maddə 41: Dövlətlərin daxili işlərinə qarışmamaq səfirlərin vəzifəsidir

Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsi diplomatdan yaşadığı ölkənin qanunlarına və qaydalarına hörmət etməyi tələb edir.
Maddədə deyilir:
"Bu cür imtiyaz və toxunulmazlıqlara sahib olan hər bir şəxsin, imtiyaz və müstəqilliyinə xələl gətirmədən qəbul edən dövlətin qanun və qaydalarına riayət etmək vəzifəsidir. Daxili işlərə qarışmamaq da onların borcudur".
Hüseyn
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu



































.jpg)


