Region
Erməni revanşistlər parlament rəhbərliyindən qovuldular
Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasında “Ermənistan” fraksiyasının deputatları İşxan Saqatelyan və Vahe Akopyan tutduqları vəzifələrdən kənarlaşdırılıblar.
Publika.az xəbər verir ki, gizli səsvermə yolu ilə İşxan Saqatelyanın parlamentin vitse-spikeri vəzifəsindən kənarlaşdırılmasının lehinə 66 deputat səs verib, əleyhinə səs verən olmayıb.
Vahe Akopyanın parlamentin iqtisadi məsələlər üzrə daimi komissiyasının sədri vəzifəsindən kənarlaşdırılmasının lehinə də 66 səs verilib, əleyhinə heç kim çıxış etməyib.
İşxan Saqatelyan və Vahe Akopyanın tutduqları vəzifələrdən uzaqlaşdırılması üçün parlamentin növbədənkənar iclasının keçirilməsi təşəbbüsü ilə hakim “Mülki razılaşma” fraksiyasının deputatları çıxış edib. Onların sözlərinə görə, Saqatelyan parlamentin iclaslarında mütəmadi olaraq iştirak etmir, qarşıdurmalara səbəb olur, kobud ifadələr işlədir, ictimaiyyətin müxtəlif nümayəndələrini, deputatları təhqir edirdi. Akopyan isə VIII çağırış parlamentin birinci təqvim semestrinin ümumi 342 səsverməsindən 194-də, dəvət olunduğu 25 iclasın 20-də iştirak etməyib.
Qeyd edək ki, İşxan Saqatelyan və Vahe Akopyan hazırda Ermənistanda revanşist kəsimin əsas simalarından hesab olunur.
Səxavət
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

