Region
ABŞ Rusiya ətrafında çəmbəri daraldır - Daha bir ölkəyə yarım milyardlıq HIMARS verilir
ABŞ Dövlət Departamenti HIMARS yaylım atəşli reaktiv sistemlərinin Estoniyaya 500 milyon dollar dəyərində satışına razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonun Qarşılıqlı müdafiə əməkdaşlığı departamenti məlumat yayıb.
“Dövlət Departamenti təxmini dəyəri 500 milyon dollar olan M142 (HIMARS) artilleriya raket sistemləri və müvafiq avadanlıqların Estoniyaya mümkün satışını təsdiqləyib”, - məlumatda qeyd olunur.
Estoniyanın ümumilikdə altıya qədər HIMARS yaylım atəşli reaktiv sistemlər, 36-ya qədər GMGLRS idarə olunan yaylım atəşli raket sistemləri, raket blokları və raketlər xahiş etdiyi bildirilir.
İndi mümkün satışla bağlı məsələ Konqresdə nəzərdən keçiriləcək. Bununla belə Pentaqon vurğulayıb ki, bu texnikanın satışı regionda əsas hərbi balansı dəyişməyəcək.
Qeyd edək ki, ABŞ bundan əvvəl HIMARS yaylım atəşli reaktiv sistemlərini Ukraynaya tədarük edib. Ukraina.ru saytının məlumatına görə, Ukraynada bu sistemlər ABŞ və Böyük Britaniyadan olan hərbçilər tərəfindən idarə olunur. Ukrayna hərbçiləri isə yalnız onların müdafiəsi ilə məşğuldur.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)