Region
Putin Ərdoğanı Səmərqəndə dəvət etdi: 5-16 sentyabr tarixlərində...
Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı sentyabrda Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatınının (ŞƏT) iclasına dəvət edib.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə lideri özü məlumat verib.
Tədbir 5-16 sentyabr tarixlərində Səmərqənddə baş tutacaq.
"Görüşümüz zamanı Putin də xahiş etdi. İmkan olsa, oradakı görüşdə iştirak edəcəyik, inşallah. Biz deyirik: Şanxay beşliyinə üzv, müşahidəçi və ya dialoq tərəfdaşı kimi qoşulanlarla birlikdə olaq" - Ərdoğan qeyd edib.
O əlavə edib ki, dəvəti qəbul edib və fövqəladə bir hadisə baş verməsə, Səmərqəndə səfər edəcək.
Qeyd edək ki, ŞƏT-ə BƏƏ, Suriya, Qətər və Səudiyyə Ərəbistanı da daxil olmaqla on ölkə qoşulmaq istəyir .
İndi ŞƏT-ə səkkiz ölkə - Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus və Monqolustan müşahidəçi statusuna malikdir. Tərəfdaş ölkələr Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
