Region
FTX Duqinanın qətlinin daha bir iştirakçısının görüntülərini yaydı - Video
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) jurnalist Darya Duqinanın qətlinin daha bir iştirakçısını müəyyən edib.
Publika.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayəti Natalya Vovk ilə birlikdə təxribat-terror qrupunun digər üzvü, Ukrayna vətəndaşı, 1978-ci il təvəllüdlü Boqdan Tsıqanenko hazırlayıb. Onun iyulun 30-da Estoniya vasitəsilə Moskvaya gəldiyi, Duqinanın qətlindən bir gün əvvəl Rusiyanı tərk etdiyi məlum olub.
“43 yaşlı Boqdan Tsıqanenko Ukrayna vətəndaşı Natalya Vovka Darya Duqinanın avtomobilini partlatmaq üçün qarajda əldəqayırma bomba yığmağa kömək edib. O, həm də qətli törədən Vovku saxta sənədlərlə təmin edib. Tsıqanenko da Vovk kimi Ukrayna vətəndaşıdır, 1978-ci ildə anadan olub” - Rusiya xüsusi xidmət orqanları qeyd edib.
Xatırladaq ki, Darya Duqinanın olduğu avtomobil avqustun 20-də Moskva vilayətinin Mojaysk şossesində partladılıb. O, festivaldan atasının getməyi planlaşdırdığı avtomobillə qayıdırmış. Daha sonra FTX partlayışın Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığını və cinayətin icraçısının Natalya Vovk olduğunu bildirib.
Akqabay
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
