Region
Türkiyə Zəfərin 100 illiyini Bayram edir
Bu gün qardaş Türkiyə Cümhuriyyətində Qurtuluş Savaşında qazanılan Zəfərin 100 illiyi böyük coşqu ilə Bayram edilir.
Böyük Qazi, Xilaskar Mustafa Kamal Atatürkün baş komandanlığı ilə Samsundan başlayan və 1922-ci il avqustun 30-da Dumlupınarda Zəfərlə bitən Qurtuluş Savaşı bötövlükdə Ümumtürk tarixinin şanlı səhifəsidir.
O zaman Birinci dünya müharibəsindən məğlub çıxmış Osmanlı dövlətinin koalisiyada birləşmiş düşmən ölkələr tərəfindən alçaldıcı Sevr müqaviləsi ilə parçalanmasının qarşısı məhz bu qələbə ilə alındı. Ali Baş Komandan Atarükün çağırışı ilə silaha sarılan türk oğulları 1919-1922-ci illərdə davam edən Qurtuluş Savaşının ən həlledici mərhələsində təkcə yadellilərə deyil, bütün dünyaya Türkün əzəmətini, qəhrəmanlığını nümayiş etdirdi.
Qurtuluş savaşından sonra bu tarixi qələbə ilk dəfə cümhuriyyətin elan edildiyi 1923-cü ildə qeyd edildi, 1926-cı ildən isə rəsmi olaraq Zəfər Bayramı kimi təvqimə salındı.
Bu gün, avqustun 30-u həm də Türkiyə Silahlı Qüvvələri Günü kimi əlamətdardır.
Əsrin yaşıdı olan Zəfərin Mübarək, TÜRKİYƏ!
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
