Region
Türkiyənin yeni “Bayraktar”ı: "Kızılelma" nəyə qadirdir? - VİDEO
"Bayraktar Kızılelma" pilotsuz hərbi təyyarə ilk dəfə Türkiyənin Samsun şəhərində keçirilən texnologiya festivalında ictimaiyyətə təqdim edilib.
Bu barədə Publika.az "Anadolu"ya istinadla xəbər verir.
"Baykar Savunma" şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı Selçuk Bayraktar Bayraktar "Kızılelma" sistemlərinin hərbi aviasiyanın gələcəyi olduğunu söyləyib. Onun sözlərinə görə, təyyarələr aqressiv manevr etmək qabiliyyətinə malikdirlər və inkişaf etmiş süni intellekt sistemi ilə təchiz ediliblər.
"Bayraktar Kızılelma" haqqında nə məlumdur?
"Bayraktar Kızılelma" ən son reaktiv mühərrikli səsdən sürətli gizli daşıyıcı əsaslı pilotsuz uçuş vasitəsidir.
Dizayn məlumatlarına görə, bu təyyarənin işləmə hündürlüyü 12 000 metr və faydalı yükü 1,5 tondur. Üstəlik, onun istehsalında Ukrayna istehsalı olan mühərriklərdən istifadə olunur. İlk uçuşlar 2023-cü ildə gözlənilir.
Pilotsuz uçuş aparatı düşmən hədəflərinə zərbələr endirmək, eləcə də hava hücumundan müdafiə sistemlərini boğmaq qabiliyyətinə malik olacaq.
Hüseyn İbadlı
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

