Region
İran generalından ŞOK TƏHDİD: "Atom bombası istehsal edə bilərik"
“63 faizlik nüvə zənginləşdirməsini 93 faizə çatdıra bilərik ki, bu da atom bombası deməkdir”.
Publika.az “Independent Iran”a istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı İsmail Kövsəri deyib.
“Biz buna can atmasaq da, qarşı tərəf gec addım atarsa, bizdə bu imkan var. İndi onların bizə ehtiyacı var”, - deyə o vurğulayıb.
Kövsəri bildirib ki, İslam Şurasının İranın nüvə proqramına dair qərarı və parlament və hökumətin koordinasiyası uranın 60% zənginləşdirilməsinə səbəb olub. O, ABŞ-ın nüvə danışıqlarına qayıtmasının səbəbini İranın zənginləşdirmə səviyyəsini 60%-ə çatdırmaq istiqamətindəki hərəkəti və buna bənzər digər addımlar adlandırıb və deyib ki, “Amerika məhz bu hərəkətlərdən sonra öz səhvini anlayıb və danışıqlar aparılmasını istəyib”.
General onu da əlavə edib ki, hazırda İranın qarşı tərəfə (Amerikaya - red.) ehtiyacı yoxdur, amma indi onların İrana ehtiyacı var.
Qeyd edək ki, İsmail Kövsəri son iki ayda İranın atom bombası yaratmaq qabiliyyətini vurğulayan İslam Respublikasının dördüncü rəsmisidir. Həsən Ruhani hökumətinin informasiya naziri Mahmud Ələvi ilk dəfə 2019-cu ilin fevralında İranın nüvə silahını əldə etmək qabiliyyətində olduğunu açıqlayıb.
Akqabay
-
Dünya21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
Hadisə19:0012 yaşlı şagird özünü məktəb binasından atdı - Əmisinin zorakılıq etdiyini deyibmiş
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO












.jpg)






















