Region
Türkiyə hökumətinin növbəti iclası keçirildi
Ötən qış başladığımız təbii qaz istehlakına dəstək proqramını bu il də davam etdirəcəyik. Ev sahibi və ya kirayəçisindən asılı olmayaraq bu dəstəkdən yararlanmaq istəyən bütün vətəndaşlar 5 sentyabr tarixindən etibarən elektron hökumət vasitəsilə müraciət edə bilərlər.
Publika.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra xalqa müraciətində ifadə edib.
Hökumətin ötən iclasından bu günə qədər ölkənin xarici və daxili siyasətində baş verən proseslər, həyata keçirilən tədbirlər, eləcə də əhalinin sosial-rifahının yüksəlişi istiqamətində atılan addımlar barədə ümumi məlumat verən Prezident Rəcəb Tayyib Ərdoğan Samsunda keçirilən Aerokosmik və texnologiya festivalı “TEKNOFEST-2022 Qara Dəniz”in nəticələri, Malazgirt Zəfərinin 951-ci ildönümü münasibətilə təşkil olunan möhtəşəm tədbirlərin mahiyyəti, Zəfər bayramının yüzüncü ildönümü və s. mühüm məsələlərə dair fikir və mülahizələrini bölüşüb. Dövlət başçısı hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramların dayandırılmayacağını və heç bir prosesin bu məsələləri əngəlləyə bilməyəcəyini diqqətə çatdırıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































