Region
Türkiyədən MÜJDƏ: "45 il ərzində bütün dünyaya bəs edəcək"
"Qara dəniz qazını quruya çatdıran kəmərin tikintisi üzrə işlər əsasən başa çatıb".
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz məlumat verib.
Bundan əvvəl “Sabah” qəzeti Türkiyənin Qara dənizdəki Sakarya yatağından 540 milyard kubmetr qazın çıxarılması və nəqli layihəsinə təxminən 10 milyard dollar sərmayə qoyacağını bildirmişdi.
Planlara görə, gələn il yataqdan ilk qaz Türkiyəyə gəlməlidir.
Bazir daha əvvəl demişdi ki, Qara dənizdə kəşf edilən qazın dəyəri təxminən 400 milyard dollardır. Onun sözlərinə görə, magistral kəmər sentyabrın sonunadək tamamlanacaq.
"Yeni Şafak" Dönməzdən sitat gətirib: "Üç boru çəkiləcək. Məqsəd ilin sonuna qədər hər üç xətti tamamlamaqdır" .
Bundan əvvəl Türkiyə Qara dənizdəki qazın 45 il ərzində bütün dünyaya bəs edəcəyini bəyan etmişdi.
Hüseyn İbadlı
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO



































.jpg)

.jpg)