Region
Overçuk: “Sərhəddə vəziyyətin gərginləşməsi danışıqlar prosesini ləngidir"
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, üçtərəfli işçi qrupunun iclaslarında “ekstraterritorial dəhliz” məsələsi müzakirə olunmur.
Publika.az xəbər verir ki, bu barədə o, “Rossiyskaya qazeta” ya müsahibəsində deyib.
“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupu Ermənistanla Azərbaycan arasında baş verən hadisələrdən təcrid olunmuş şəkildə işləyə bilməz. Sərhəddə vəziyyətin hər gərginləşməsi danışıqlar prosesini ləngidir.
İki ildən az müddətdə üçtərəfli işçi qrupu formatında xeyli iş görülüb. Lakin yolların açılması və ya tikintisi o halda mümkündür ki, tərəflər ölkələr arasında sərhədi keçmək üçün hüquqi rejimi dəqiq müəyyənləşdirsinlər. Danışıqlar zamanı “Yol üzərində suverenliyi yolun ərazisindən keçən ölkə həyata keçirir” prinsipi işlənib hazırlanıb. Bu o deməkdir ki, əgər yol Ermənistan ərazisindən keçirsə, o, Ermənistan yoludur, Azərbaycan ərazisindən keçirsə, Azərbaycan yoludur. Heç bir tərəfin suverenliyini pozacaq heç bir “ərazidənkənar dəhliz” yoxdur, o, mövcud deyil və ola da bilməz”, - Aleksey Overçuk belə deyib.
Onun sözlərinə görə, bu prinsipin həyata keçirilməsi o deməkdir ki, Azərbaycandan Ermənistan ərazisinə bloklanmamış və ya yeni salınmış yollarla daxil olmaq üçün sərhəd və pasport nəzarəti tədbirləri, məsələn, İrandan Ermənistana daxil olarkən olduğu kimi olacaq.
“Həmçinin, pasport nəzarəti Ermənistandan Azərbaycana girişdə olacaq. Bundan əlavə, tərəflərin milli qanunvericiliyinə uyğun olaraq avtomobil yollarından istifadəyə görə ödənişlərin ödənilməsi, o cümlədən bir ölkənin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin digər ölkənin ərazisindən keçməsinin təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə edilir”, - deyə RF Baş nazirinin müavini qeyd edib.
Səxavət
-
Sosial19:00Korrupsiya törədən 13 nəfər cinayət başında yaxalanılıb
-
Cənubi Qafqaz17:47Rusiya bazarından üz döndərən Ermənistan bu ölkəni seçdi
-
Magazin114:30Azəri qızı Günel təhqirlərə dözmədi: “Hamınızı ifşa edəcəyəm” - VİDEO
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...














.jpg)























