Region
İranda SEPAH-ın polkovniki öldürüldü
Bu gün (30 sentyabr) İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində baş verən hadisələr zamanı İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) vilayət üzrə təhlükəsizlik idarəsinin rəisi polkovnik Əli Musəvi öldürülüb.
Publika.az xəbər verir ki, bunu IRNA-ya açıqlamasında məlumatlı mənbə bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində daha 3 SEPAH əməkdaşı yaralanıb.
Qeyd edək ki, bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində baş verən hadisələrdə ən azı 19 nəfər ölüb və 15 nəfər yaralanıb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi


































.jpg)

.jpg)