Region
"Bayraktar" və "Akıncı" İran PUA-larını VURA BİLƏCƏK
“Bayraktar TB2” və “Akıncı” zərbə PUA-ları İran istehsalı “Shahed” kamikadze-dronları ilə mübarizə üçün “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır.
Publik.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar “Doyçe Presse-Agentur”a (dpa) şərhində bildirib.
Onun sözlərinə görə, hazırda şirkət bunu sınaqdan keçirir.
Qeyd edək ki, bu həftə İstanbulda keçirilən “SAHA Expo” sərgisi zamanı “Baykar” Türkiyənin raket şirkəti “Roketsan” ilə pilotsuz təyyarələrdə “Sungur” raketlərindən istifadə etmək üçün razılaşma imzalayıb.
“Roketsan”ın baş direktoru Murat İkinci bildirib ki, bu, “oyunu dəyişdirən” ola biləcək özünü təsdiqləmiş bir döyüş sursatıdır.
Xatırladaq ki, hələ iyul ayında KİV-də İranın Rusiyaya “Şahid” pilotsuz uçuş aparatlarını satdığına dair məlumat yayılmışdı. Avqustda ABŞ-ın “The Washington Post” nəşri İran istehsalı “Mühacir-6” və “Şahid” PUA-larının ilk partiyasının Rusiyaya çatdırıldığını bildirmişdi. Sentyabrın 13-də Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar İdarəsi İran istehsalı olan ilk PUA-nın zərərsizləşdirildiyini açıqlamışdı. ("Report")
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

