Region
Zelenskinin Krımdakı mənzili müsadirə olunur
Rusiyanın işğalı altında olan Krımda milliləşdirməyə məruz qalan əcnəbilərin əmlakının müəyyən olunması davam edəcək.
Publika.az xəbər verir ki, bunu Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.
Onun sözlərinə görə, digər əmlaklarla yanaşı, söhbət Ukrayna Prezidenti Vladimir Zelenskinin mənzilindən gedir.
“Rusiyaya qarşı qeyri-dost hərəkətlər edən xarici vətəndaşların və dövlətlərin müəssisələrinin və əmlaklarının milliləşdiriləcək siyahısının formalaşdırılması üzrə işlər davam etdiriləcək. Hazırda bütün belə obyektlərdə, o cümlədən Zelenskinin mənzilində antiterror komissiyası işləyir. İşlər bitəndən sonra məlumat verəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Krım parlamenti rəsmi Kiyevlə əlaqəsi olan ukraynalı oliqarxların əmlakının milliləşdirilməsini təsdiqləyib. Beləliklə, Baxçasaray “Stroyindustriya” zavodu, “Zaliv” gəmiqayırma zavodu, həmçinin “Novasenter” tikinti hipermarketi və ticarət kompleksi də daxil olmaqla 130 obyekt Krım Respublikasının mülkiyyətinə verilib.
Zelenskinin həyat yoldaşı Yelenanın Krımda mənzil sahibi olması faktı 2019-cu il prezidentlik kampaniyası zamanı məlum olub. Zelenskinin mətbuat xidmətinin məlumatına görə, mənzil 2013-cü ildə alınıb, hələ yarımadanın Rusiyaya birləşdirilməsindən əvvəl onun üçün bütün vergilər ödənilib və rəsmən bəyan edilib. Mənzil cənub sahilində, Yalta rayonunun Livadiya qəsəbəsində yerləşir.
Səxavət
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































