Region
Ankaradan KRİTİK BƏYANAT: Türkiyə bunun üçün icazə istəməyəcək
"Türkiyə antiterror əməliyyatları keçirmək üçün heç kimdən icazə istəmək fikrində deyil".
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.
"Türkiyə dövlətin milli təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar keçirmək üçün icazə istəməyəcək", - Kalın "Anadolu" agentliyinə deyib.
Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı xüsusi əməliyyat keçirir.
İraqın şimalında olduğu kimi Kobani şəhərinə də aviazərbələr endirilib.
Prezident Ərdoğan hava əməliyyatını uğurlu adlandıraraq, ardınca quru əməliyyatının da keçirləcəyni istisna etməyib.
O qeyd edib ki, təhlükə olduqda Türkiyə NATO müttəfiqləri ilə vəziyyəti müzakirə edir:
"Biz tərəfdaşlardan birgə addımlar gözləyirik. Və belə olmadıqda, problemi özümüz həll etməyə hazırıq".
Türkiyə liderinin mətbuat katibi Suriya və İraqla sərhəddəki hərəkətlərin BMT Nizamnaməsinin özünümüdafiə hüququndan bəhs edən 51-ci maddəsinə əsaslandığını vurğulayıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
