Region
MDB ölkələrinin liderlərinə üzük hədiyyə edilib - FOTO
Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitdə MDB ölkələrinin liderlərinə Yeni il hədiyyəsi olaraq Birliyin rəmzləri olan üzüklər hədiyyə olunub.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Lukaşenkonun əlində üzük göründü”, - Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Пульт первого” Teleqram kanalı qeyd edib.
Daha sonra həmin kanal belə bir məlumat yayımlayıb: “Birincinin üzüyünün sirri açıqlandı! Doqquz birlik üzüyü MDB liderlərinin qeyri-rəsmi görüşü üçün xüsusi olaraq hazırlanıb. Bu, onlara yeni il üçün təbrik hədiyyəsidir”.

Teleqram kanalında yayımlanan fotoda MDB-nin simvolları olan üzük təsviri əks olunub. Mənbə, həmçinin hədiyyənin sammitdə iştirak edən bütün liderlərə təqdim edildiyini qeyd edib.
Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edib.
Akqabay
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
































