Region
Hulusi Akar: "Azərbaycanın dərdi bizim dərdimizdir"
"Erməni tezisini dəstəkləyən dövlətlərin məqsədi Türkiyənin qarşısını almaqdır".
Publika.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Kayseri Universiteti Konqres və Mədəniyyət Mərkəzində keçirilən “Erməni Problemi Konfransı”nda çıxışı zamanı deyib.
O, bildirib ki, 1915-ci il hadisələrindən siyasi məqsədlər üçün istifadə olunur.
“Erməni tezisini dəstəkləyən ölkələrin əsas məqsədi türkiyəyə zərər verməkdir, Türkiyənin böyüməsinə və güclənməsinə mane olmaqdır. Köçürülmə praktikasının qondarma soyqırım kimi tanınması onların əsl məqsədlərini göstərir. Məhz bu kontekstdə ermənilər 24 apreli “soyqırım günü” elan ediblər. Son illərdə onlar bütün dünyada süni tarix yaratmaq istəyirlər. Tarixi yenidən yazmağa çalışırlar”, - deyə nazir bildirib.
Akar Türkiyənin Azərbaycana olan dəstəyinin bundan sonra da davam edəcəyini bir daha vurğulayıb.
“Biz Ermənistanın ona uzadılan sülh və dostluq əlini tutmasını gözləyirik. İki dövlət, bir millət anlayışında yaşadığımız Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir. Bu günə qədər kədərdə də, sevincdə də əziz bacı-qardaşlarımızın yanında olmuşuq və bundan sonra da buna davam edəcəyik”, - o, qeyd edib ("Haber Global")
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO




































