Region
Rusiya 100 illik hərbi hiyləyə əl atdı: Ukraynanı bu rənglə aldadırlar - FOTO
Rusiya Ukrayna müharibəsində hərbi donanmasını kamuflyaj etmək üçün I Dünya müharibəsinin hiyləsinə əl atıb.
Publika.az xəbər verir ki, bu barədə “The Ekonomist” nəşri yazır.
Nəşr qeyd edir ki, gəmiləri hücumlardan qorumaq üçün maskalamaq o qədər də asan deyil: “Rusiya köhnə hiyləyə əl atır və gəmilərini rəngləməyə başlayır. Bu, gəmilərin peykdən monitorinqinin aparılmasını çətinləşdirir və dron hücumlarından qorumağa imkan verir. İyunun 22-də Rusiyanın “Admiral Essen” hərbi gəmisi Sevastopoldakı Qara Dəniz Donanmasının bazasında parlaq rəngdə göründü. Yayı və arxa tərəfi qara, orta hissəsi ağ rəngdə. Bu, gəmini uzaqdan daha kiçik göstərir. Rusiyanın Qara Dəniz Donanmasının daha üç gəmisi rənglənib”.
Nəşr yazır ki, I Dünya müharibəsində Böyük Britaniya və ABŞ gəmilərini qorumaq üçün vizual aldatma üsullarından istifadə etməyə başladı.
“Onlar gəmini gizlətmək əvəzinə düşməni çaşdırmağa çalışırdılar. Britaniyalı rəssam Norman Vilkinson “gözqamaşdırıcı” kamuflyaj hazırladı və bu rəng sxemi o vaxtdan klassikaya çevrildi. İngilis rəssam təklif etdi ki, gəmilər müxtəlif rənglərin kəsişdiyi həndəsi fiqurlarla rənglənsin. O dövrdə döyüş gəmiləri üçün ən böyük təhlükə sualtı qayıqlar idi, periskopla baxanda Vilkinsonun nizamsız naxışı vizual olaraq gəminin görüntüsünü pozur, bu da düşmənə ölçüləri və hərəkət istiqamətini müəyyənləşdirmək imkanı vermirdi. Sualtı qayıq komandirləri hərəkət edən bir gəmidə torpedaları işə salarkən, vaxtı düzgün hesablamalı idilər və çaşdırıcı kamuflyajın təsiri altında səhv hesablama hədəfdən yayınmaya səbəb olurdu. Bu metodun effektivliyi zaman-zaman mübahisə də doğurur. II Dünya müharibəsində isə digər rənglənmə variantları ortaya çıxdı. Misal üçün, “Sxem No.32” kimi tanınan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “deformasiya kamuflyajı”. Bu, gəminin həqiqi ölçüsünü müəyyən etməyi çətinləşdirən üsul idi və Rusiyanın bu gün “Admiral Essen” gəmisində etdiyinə bənzəyirdi. Bu, döyüş gəmilərini və hədəf olacaq əsas gəmiləri kiçik gəmi və kreyserlərdən fərqləndirməyə mane olur”.
Məqalədə II Dünya müharibəsindən sonra dəniz kamuflyajının praktiki olaraq yox olduğu qeyd olunur.
“Vizual müşahidə radarla əvəz edildi və sualtı qayıqlar hədəflərini tapmaq üçün sonar sisteminə keçdilər. Lakin son texnoloji inkişaf vizual aldatma üsullarını yenidən aktuallaşdırdı. 2022-ci ilin fevralında Ukraynada müharibənin başlanmasından sonra Kiyev partlayıcılarla yüklənmiş robot kamikadze qayıqların köməyi ilə Qara dənizdə Rusiya gəmilərinə hücumlar etdi. Rusiyanın “Admiral Essen” kimi rənglənmiş gəmiləri bu kamikadze qayıqların operatorlarını çaşdırmağa hesablanıb. Ukrayna hücumlarını yüksək sürətlə həyata keçirir və operatorların hədəfi müəyyənləşdirməsi üçün bir neçə saniyə vaxtı olur. Vizual kamuflyaj yük və dəstək gəmiləri ilə döyüş gəmilərini ayırmağı çətinləşdirir. Belə kamuflyaj həm də Rusiya gəmilərinin peyk müşahidəsini də məhdudlaşdırır”, - nəşr yazır.
Asif
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...