Region
COP29-da iqlim hədəflərinin qarşısındakı maneələr Türkiyə mətbuatında - VİDEO
“Haber Global” telekanalı Bakıda başlanan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransının (COP29) Liderlər Sammitinin açılış mərasimini geniş işıqlandırıb.
Publika.az xəbər verir ki, telekanal "İqlim böhranı necə maliyyələşdiriləcək?" süjet təqdim edib.
Telekanal bildirir ki, konfrans çərçivəsində iqlim dəyişikliyinin yaratdığı böhranlara qarşı ortaq mübarizə sahələrində irəliləyiş əldə edilməsi hədəflənir. İqtisadi səbəblər ölkələr üçün bu məqsədlərə çatmaq üçün maneə yaratsa da, COP29 bu maneələrin aradan qaldırılması üçün atılacaq ümumi addımların müzakirəsi üçün mühüm platforma yaradacaq.
"Tədqiqatlar göstərir ki, Çin istisna olmaqla, inkişaf etməkdə olan ölkələr üçün 2030-cu ilə qədər iqlim maliyyəsi ildə 2,4 trilyon dollara qədər artmalıdır, yalnız təmiz enerji investisiyalarına 1 trilyon dollar lazımdır", - telekanal qeyd edib.
Bununla yanaşı, "Haber Global" BMT Baş katibi Antonio Quterreşin çıxışından da yazıb.
Yazıda onun dünyanın yeni bir iqlim maliyyəsi hədəfinə ehtiyacı olduğu fikrinə diqqət çəkilir.
"Dünya iqlim maliyyəsi ilə bağlı borcunu ödəməlidir, əks halda bəşəriyyət bunun bədəlini ödəyəcək. İqlim maliyyəsi xeyriyyəçilik deyil, investisiyadır. İqlim tədbirləri seçim deyil, öhdəlikdir", - Quterreş vurğulayıb.
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov













.jpg)



















