Pezeşkian Azərbaycanla bağlı iddiaları TƏKZİB ETDİ
Bizi izləyin

Region

Pezeşkian Azərbaycanla bağlı iddiaları TƏKZİB ETDİ

Pezeşkian Azərbaycanla bağlı iddiaları TƏKZİB ETDİ

"12 günlük müharibə dövründə qonşu ölkələrlə İsrailin əməkdaşlığına dair məlumatlar təsdiqlənməyib".

Publika.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezəşkiyan Gilan vilayətinin İdarə Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bəzi şayiələrin əksinə olaraq, ölkənin təhlükəsizlik qurumları qonşu ölkələrlə İsrail arasında hərbi əməkdaşlığa dair heç bir dəlil aşkar etməyib.

O həmçinin vurğulayıb ki, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını da bildiriblər.

Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm