Region
Rusiyalı general niyə məhz Moskvada öldürüldü? - Putinə qarşı cəza əməliyyatı
Avtomobilinin partladılması nəticəsində ölən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının operativ hazırlıq idarəsinin rəisi general-leytenant Fanil Sarvarovun tərcümeyi-halı yayılıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Sarvarov Ukrayna müharibəsindən öncə Çeçenistan, Cənubi Osetiya və Suriya müharibələrində iştirak edib.
1969-cu ilin 11 maertında Qremyaçinskdə (Perm vilayəti) anadan olan Sarvarov Tatarıstanda Kazan Ali Tank Komandanlığının Qırmızı Bayraq Məktəbini (1990) və Zirehli Qüvvələr Hərbi Akademiyasını (1999) bitirib.
Sarvarov 1992-ci ildən 2003-cü ilə qədər Osetiya-İnquş münaqişəsi və Çeçenistan müharibəsində iştirak edib. 2008-ci ildə isə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Bundan sonra Baş Qərargahın Baş Əməliyyat İdarəsində və Əməliyyat Təlimi İdarəsində xidmət edib.
2015-ci ildən 2016-cı ilə qədər Suriya müharibəsində iştirak edən Sarvarov 2016-cı ildə Rusiya Silahlı Qüvvələrinin Əməliyyat Təlimi İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 2018-ci ildə general-mayor rütbəsi alıb. 2022-ci ildən etibrən Ukrayna müharibəsində aktiv iştirak edib.
Sarvarovun öldürülməsinin arxasında Ukrayna kəşfiyyatının dayandığı haqda məlumatlar var.
Ukraynanın Rusiya generalını niyə indi aradan götürməsi bir neçə kontekstdə diqqət çəkir. Sülh danışıqlarının getdiyi vaxt rusiyalı generalın Moskvanın mərkəzində öldürülməsi müharibənin bitmədiyi, əslində yeni mərhələyə qədəm qoyduğu deməkdir. Kiyev döyüşlərin cəbhədən Moskvaya keçdiyinin, bunu edə biləcəyinin mesajını verir. Və təslimçi sülhü qəbul etməyəcəyini göstərir.
Sarvarovun öldürülməsinin Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasının keçirildiyi vaxtda baş verməsi də təsadüfi deyil. Çünki Putin Aİİ-nin iclası çərçivəsində verdiyi bəyanatlarda Ukraynanı, ümumilikdə Avropanı hədələyən fikirlər səsləndirdi. Ukrayna rusiyalı generalı Moskvada aradan götürərək, həm də Putinə cavab vermiş oldu.
Sarvarovun ölümü Rusiyanın işğalçı müharibəsinin başlanmasından sonra Ukraynanın rusiyalı generallara qarşı cəza əməliyyatı kimi də qiymətləndirilə bilər.
Asif
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi


































.jpg)

.jpg)