Region
Ərdoğan iki "güc naziri"ni yola saldı - Yeni təyinatlar
Türkiyənin Nazirlər Kabinetində dəyişikliklər olub.
Publika.az xəbər verir ki, bu barədə "Resmi Gazete" məlumat yayıb.
Məlumata görə, Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikaya və ədliyyə naziri Yılmaz Tunç vəzifələrindən ayrılıblar.
Daxili işlər naziri vəzifəsinə Ərzurum valisi Mustafa Çiftçi, ədliyyə naziri vəzifəsinə isə İstanbul Respublika Baş prokuroru Akın Gürlek təyin edilib.
Ali Yerlikaya öz vida paylaşımında bu sözləri qeyd edib:
"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın təqdiri ilə 4 iyun 2023-cü ildə başladığım daxili işlər naziri vəzifəmi qiymətli qardaşım Mustafa Çiftçiyə təhvil verirəm. Onu təbrik edir, yeni vəzifəsində uğurlar arzulayıram. Allah xeyirli-uğurlu etsin"
Yılmaz Tunç isə öz növbəsində yeni ədliyyə naziri Akın Gürlekə uğurlar arzulayaraq bunları bildirib:
"Bundan sonra da ölkəmiz və millətimiz üçün tər tökməyə, Türkiyə Yüzili üçün ilk günkü həyəcanla çalışmağa davam edəcəyik. Prezidentimizin təqdiri ilə Ədliyyə naziri təyin olunan cənab Akın Gürlekə vəzifəsində böyük uğurlar arzulayıram".
Hüseyn İbadlı
-
Ekologiya07:1741 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi




































