Region
Trampa pakistanlı vasitəçi ilə “qətiyyətli vabab” göndərilib
ABŞ Prezidenti Donald Tramp Pakistan vasitəsilə İranın müharibəni dayandırmağa hazır olub-olmadığını qiymətləndirməyə çalışıb, lakin "əlaqələndirilmiş və qətiyyətli" cavab alıb.
Publika.az xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti mənbəyə istinadla məlumat yayıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, İran daha əvvəl atəşkəslə bağlı danışıqlar aparan Amerika liderinin xüsusi elçisi Stiv Uitkoffu və Trampın kürəkəni, sahibkar Cared Kuşneri ABŞ ilə mesaj mübadiləsi aparmaq üçün layiqli namizəd hesab etmir.
Martın 23-də britaniyalı siyasətçi Corc Qallovey Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Trampın əsəb böhranı keçirdiyini bildirib. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin səhhətinin pisləşməsindən guya bütün ətrafı xəbərdardır.
Həmçinin amerikalı jurnalist Qreq Vayner İrandakı uğursuzluqlar fonunda Trampın əsəb böhranı keçirdiyi barədə məlumat verib. O qeyd edib ki, Trampın vəziyyətinin pis olması səbəbindən o, ABŞ Konstitusiyasının müvafiq düzəlişinə uyğun olaraq istefaya göndərilə bilər. Belə olan halda Amerika liderinin yerini vitse-prezident Cey Di Vens tuta bilər. Vaynerin fikrincə, hadisələrin bu cür inkişafı fonunda dünya Vaşinqtonun tamamilə fərqli — döyüşkənlik və təcavüzdən uzaq siyasətini görəcək.
Hüseyn İbadlı
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi










.jpg)











.jpg)












